Yuxarı

Nazirlər Kabineti ağac və kolların yerinin dəyişdirilməsi hallarını təsdiqləyib

Yaşıllıqların götürülməsi Qaydası” təsdiqlənib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Nazirlər Kabineti “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiqləyib. 

"Report" xəbər verir ki, baş nazir Artur Rasizadənin imzaladığı yeni qərara əsasən ağac və kolların yerinin dəyişdirilməsi halları və prosedur təsdiq edilib.

Qərara əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2014-cü il 27 iyun tarixli nömrəli fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin olunub. “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarının 1-ci hissəsi ləğv edilsin.

Qərara əsasən yaşıllıqların götürülməsi qaydasının ümumi müddəaları, yaşıllıqların götürülməsinə rəyin verilməsi qaydası, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydası müəyyən olunub.

Qərara əsasən ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır;

yeri dəyişdirilən (kökündən çıxarılan) ağac və kolların əkilməsi üçün torpaq sahələri əkinə ən azı 10-15 (on-on beş) gün qalmış hazırlanmalıdır.

Yaşıllığın bərpa edilməsi şərtilə kəsilməsi “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə uyğun bərpa edilir.

Qərara əsasən yaşıllıqların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Yaşıllıqların götürülməsinə dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, şəhərsalma və ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərində nəzərdə tutulan, dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda və ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda yol verilir. Qərara əsasən sadalanan hallar istisna edilməklə yaşıllıqların götürülməsi qadağan edilir. 

Bununla yanaşı, yaşıllıqların götürülməsinə dair müraciətə hüquqi şəxslər üçün hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı barədə məlumat, dövlət qeydiyyatı barədə şəhadətnamənin surəti, fiziki şəxslər üçün soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumat, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda isə həmçinin vergi uçotu haqqında şəhadətnamənin surəti, götürülməsi nəzərdə tutulan yaşıllığın ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd və yaşıllığın götürülməsinin əsaslandırılması əlavə olunmalıdır. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və rəyin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizəni qəbul edən müvafiq mərkəzi icra hakimiyyəti orqanı, yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən bu barədə ərizəçiyə bütün çatışmazlıqlar göstərilməklə məlumat verilir və ərizəyə baxılma müddətinin axını dayandırılır. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin yazılı məlumatı daxil olduqdan sonra müddətin axını bərpa edilir. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı ETSN-in  yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 təqvim günündən gec olmayaraq qəbul edilir

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi