Yuxarı
    Bağlamaq

    ​Yardımlı rayonunda su mənbəyinin əhalinin sağlamlığına təhlükə törətdiyi müəyyənləşib

    Bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır

    Bakı. 24 dekabr. REPORT.AZ/ Talış dağlarında İtaliya Milli Tədqiqat Şurasının alimləri ilə birgə tədqiqatlar aparılıb və nəticədə müəyyən edilib ki, sanitar-gigiyenik normalara görə, Talışın mineral sularının içməli su kimi və vanna qəbul etmək üçün istifadəsi əhalinin sağlamlığına təhlükə törətmir". "Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun elmi işlәr üzrә direktor müavini, geologiya-mineralogiya elmlәri doktoru Dadaş Hüseynov institutun 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatını təqdim edərkən deyib.

    Onun sözlərinə görə, yalnız Yardımlı rayonun Bülüdül su mənbəyi istisna olunur: "Çünki bu mənbədə radonun miqdarı içməli su üçün qəbul olunmuş normadan 1,5 dəfə artıqdır".

    O, həmçinin qeyd edib ki, termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparılır: "Respublikanın dağlıq, dağətəyi və düzənlik ərazilərində termal su ocaqlarının fəza strukturu, kəmiyyət və keyfiyyət göstəriciləri, formalaşma qanunauyğunluqları, miqrasiya yolları və termodinamiki parametrləri öyrənilib. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib. Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb. Analizlərin nəticəsinə əsasən, termal suların istilik mənbələri ilə mantiya flüidləri arasında əlaqə olduğu ehtimal edilir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi