Yuxarı

Yardımlı meşəsində baş verən yanğın söndürülüb

Yardımlı meşəsində baş verən yanğın söndürülüb

Bakı. 6 iyul. REPORT.AZ/ Yardımlı rayonunda baş verən yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) məlumat yayıb.  

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov hazırda müşahidə olunmur, ayrı-ayrı yerlərdə tüstülənmə qeydə alınır, ərazi nəzarətdədir. Tüstülənmənin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, iyulun 5-də Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi çətin keçilən dağlıq ərazidə baş verən yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları və texnikası cəlb olunub, həmçinin yerli icra hakimiyyəti nümayəndələri və rayon sakinləri yaxından köməklik göstəriblər.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağı, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyinin vacibliyini vurğulayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi