Yanvarın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb Havanın, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
8 Yanvar , 2017 12:10
Yanvarın 9-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Yanvarın 9-da respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

"Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə hava dumanlı, səhər çiskinli olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq.

Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti,

dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi