Yanvarın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Yanvarın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq
Ekologiya
28 Yanvar , 2015 12:46
Yanvarın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Yanvarın 29-da Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-4, gündüz 7-11 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz əksər rayonlar əsasən yağmursuz, ayrı-ayrı yerlər duman olacaq.

Havanın temperaturunun gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0 dərəcə şaxtadan 5 dərəcəyə qədər isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi