Yanvarın 17-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Yanvarın 17-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək
Ekologiya
12 Yanvar , 2018 12:52
Yanvarın 17-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bakı. 12 yanvar. REPORT.AZ/ / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Departamentdən "Report" a verilən məlumata görə, yanvarın 13-də axşam şimal rayonlarından başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.

Son xəbərlər

Orphus sistemi