Yuxarı
    Bağlamaq

    Yanvar ayına olan hava proqnozu açıqlanıb

    Havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir

    Bakı. 30 dekabr. REPORT.AZ/ 2017-ci ilin yanvar ayına olan hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

    Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.

    Bakıda və Abşeron yarımadasında

    Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 8-13,bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma18-28mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında

    Orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 6-11, bəzi günlərdə 15-20, dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25mm), bəzi yerlərdə isə bir qədər çoxolacağı gözlənilir.

    Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

    Orta aylıq temperaturun 0-4 dərəcə şaxta (gecələr 2-7, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

    Orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında

    Orta aylıq temperaturun1 dərəcə şaxtadan 4 dərəcəyədək isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 22-49mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

    Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

    Orta aylıq temperaturun 3-6 dərəcə isti (gecələr1-6 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 8-13, bəzi günlərdə 0-5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında

    Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 12-17 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

    Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98mm) olacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi