Yağışlar nəticəsində çaylarda sululuq artıb

Yağışlar nəticəsində çaylarda sululuq artıb Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artıb.
Ekologiya
7 sentyabr 2022 08:18
Yağışlar nəticəsində çaylarda sululuq artıb

Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, eyni zamanda qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarla daxil olan sululuqda artım müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39%, Qanıx-Cəlayir məntəqəsində isə 21% artıb.

Sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.

Son xəbərlər

Orphus sistemi