Yuxarı
    Bağlamaq

    ​Abşeron Milli Parkının sanitariya-mühafizə zonası təsdiqlənib

    Nazirlər Kabineti Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonasını təsdiq edib

    Bakı. 2 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi barədə qərar verib.

    "Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Qərara əsasən, Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2000 metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3000 metr məsafədə təsdiq edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi