Yağış Azərbaycandakı çaylarda suyun həcmini artırıb

Yağış Azərbaycandakı çaylarda suyun həcmini artırıb Bəzi rayonlarda şimal-qərb küləyi güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib
Ekologiya
30 Sentyabr , 2014 16:06
Yağış Azərbaycandakı çaylarda suyun həcmini artırıb
Bakı. 30 sentyabr. REPORT.AZ / Sentyabrın 29-u günün birinci yarısından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, 29-u səhərədək güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə şiddətlənib, şimşək çaxıb, yağış yağıb, əsasən Lənkəran-Astara zonasında intensiv və güclü olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, ən çox yağıntı Lənkəranın Daşdatük məntəqəsində müşahidə olunub. Buraya 88 mm yağıntı düşüb.

Bəzi rayonlarda şimal-qərb küləyi güclənib, Bakıda isə 30-34 m/s-dək şiddətlənib.

Çaylarda sululuq artıb, Qazax-Gəncə bölgəsi çaylarında suyun səviyyəsi 2-5, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-65 sm artıb. 

Son xəbərlər

Orphus sistemi