Azərbaycan Türkiyənin aksiyasına qoşulub

Azərbaycan Türkiyənin aksiyasına qoşulub "Gələcəyə nəfəs ol!" şüarı altında Xocəsəndə ağacəkmə aksiyası keçirilib.
Ekologiya
11 Noyabr , 2021 17:33
Azərbaycan Türkiyənin aksiyasına qoşulub

"Qardaş Türkiyənin "Gələcəyə nəfəs ol!" ağacəkmə təşəbbüsü artıq genişmiqyaslı kampaniyaya və bir tarixə çevrilib, ölkəmizdə də bu təşəbbüs ənənə halını alıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, Türkiyədə 11-ci ayın 11-ci günündə keçirilən “Gələcəyə nəfəs ol!” adlı ağacəkmə təşəbbüsünə Azərbaycan ənənəvi olaraq qoşulur, keçən ilin bu günündə də Azərbaycan böyük coşqu ilə bu kampaniyaya qoşuldu və on minlərlə ağac əkilib.

"Bu il də biz böyük məmnuniyyət və xoş əhval-ruhiyyə ilə dost və qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyərək bütün ölkə ərazisində, eyni zamanda, Qarabağ bölgəsində, Zəngilan və Cəbrayılda genişmiqyaslı ağacəkmə aksiyaları keçiririk və əkəcəyimiz 111 min ağacla bu aksiyaya simvolik töhfəmizi veririk. İnanıram ki, böyük ruh yüksəkliyi və əhval-ruhiyyə ilə əkilən bu ağaclar gələcəkdə böyük yaşıllığa çevriləcək".

Nazirlik sözçüsü qardaş ölkənin bu təşəbbüsünü dəstəkləyib ağac əkininə qoşulan bütün tərəfdaşlara dərin təşəkkürünü bildirib.

16:49

"Gələcəyə nəfəs ol!" şüarı altında Xocəsəndə ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, hər il noyabrın 11-də Türkiyədə keçirilən kütləvi ağacəkmə aksiyasına dəstək məqsədilə Azərbaycan növbəti dəfə qardaş ölkənin genişmiqyaslı kampaniyasına qoşulub.

Aksiyada iştirak edən Türkiyənin Azərbaycandakı səfirinin müavini Barış Sayğın öz ölkəsində olduğu kimi Azərbaycanda da meşəçiliyə xüsusi önəm verdiklərini bildirib: "Bildiyiniz kimi son dönəmlərdə iqlim dəyişikliyi hökm sürür. Meşələrdə ağaclarda seyrəlmə müşahidə olunur. Buna görə də ağaclandırma, meşəçiliyin inkişafı xüsusi önəmlidir. Azərbaycanın bütün bölgələrində, o cümlədən Qarabağda da bu kampaniya davam edəcək".

Qeyd edək ki, Türkiyənin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində ölkə ərazisində 11-ci ayın 11-ci günündə ümumilikdə 111 min ağac əkilib və beləliklə, ölkə üzrə əkəcəyimiz 111 min ağac “Gələcəyə nəfəs ol!” şüarı altında qardaş ölkənin keçirdiyi böyük aksiyaya simvolik töhfə verilib.

Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı ağacəkmə tədbirləri olan “Yaşıl Marafon”, “Ölkə üzrə 44 min ağac əkilməsi”, “Gələcəyə nəfəs ol! kampaniyasına dəstək” aksiyaları eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) qəbul olunmuş istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsinə və qoşulduğu təşəbbüslərə də öz töhfəsini verəcək.

Son xəbərlər

Orphus sistemi