Xocalı soyqırımının 23-cü ildönümündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Xocalı soyqırımının 23-cü ildönümündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb Bakıda 10 dərəcə isti olacaq
Ekologiya
25 Fevral , 2015 12:19
Xocalı soyqırımının 23-cü ildönümündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümündə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Report"a deyib ki, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti olacaq.

Fevralın 26-da Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şimal və şərq rayonlarında çiskinli olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 27-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Son xəbərlər

Orphus sistemi