Xızıdakı yanğın meşə ərazisinə keçib - YENİLƏNİB

Xızıdakı yanğın meşə ərazisinə keçib - YENİLƏNİB Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb
Ekologiya
28 İyul , 2015 16:12
Xızıdakı yanğın meşə ərazisinə keçib - YENİLƏNİB

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün Xızı rayonunun Dizəvər yaylağında baş vermiş yanğın küləkli hava şəraiti ilə əlaqədar daha geniş ərazini əhatə edərək qismən meşə fondu torpaqlarına keçib və kol-kos yanğına məruz qalıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğının daha geniş əraziyə keçməsinin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları ciddi tədbirlər görür.

"Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 50 nəfərlik heyəti də Xızı rayonuna yola düşüb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - məlumatda bildirilib.

*** 14:41

Bakı. 28 iyul. REPORT.AZ/ Xızı rayonunun Dizəvər yaylağında yanğın başlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-in yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

"Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş verən yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi