Xidmət rəisi: "Milli parkların ərazisində çəpərlənmə ilə bağlı məsələ gündəmdə yoxdur"

Xidmət rəisi: "Milli parkların ərazisində çəpərlənmə ilə bağlı məsələ gündəmdə yoxdur" "Milli parkların ərazisində çəpərlənmə və ya hasarlanması ilə bağlı məsələ gündəmdə yoxdur və bu barədə söhbət də gedə bilməz".
Ekologiya
26 Oktyabr , 2022 16:29
Xidmət rəisi: Milli parkların ərazisində çəpərlənmə ilə bağlı məsələ gündəmdə yoxdur

"Milli parkların ərazisində çəpərlənmə və ya hasarlanması ilə bağlı məsələ gündəmdə yoxdur və bu barədə söhbət də gedə bilməz".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, hasarlama və ya çəpərlərin çəkilməsi ilə bağlı fəaliyyət planı yoxdur:

“Sadəcə təbii maneələrlə parkların sərhədləri müəyyən olunur. Çəpərləmə yalnız milli parkların ərazisində mövcud olan inzibati binanın ətrafına edilə bilər. Bu da bütün parklara şamil olunmur. İstisna hal kimi, bəzi təhlükəsizlik məsələsi nəzərə alınaraq Şirvan Milli Parkında çəpərləmə işi nəzərdə tutulur. Bu da həmin ərazinin Bakı-Astara magistral yoluna birbaşa çıxışı olması ilə əlaqəlidir. Ümumilikdə milli parkların ərazisinin hasarlanması və sərhədlərin çəkilməsi planlaşdırılmır”.

Son xəbərlər

Orphus sistemi