Xəzərin sahilindəki istirahət obyektlərində qanunsuzluqlar aşkarlanıb

Xəzərin sahilindəki istirahət obyektlərində qanunsuzluqlar aşkarlanıb Dənizin sahilboyu zonasında reyd keçirilib
Ekologiya
8 Avqust , 2017 11:26
Xəzərin sahilindəki istirahət obyektlərində qanunsuzluqlar aşkarlanıb
Eco.gov.az

Bakı. 8 avqust. REPORT.AZ/ Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən “Aquapark”, “121”, “Amay” istirahət mərkəzlərində, “Delfin” çimərliyində, “Fərdi” iaşə obyektində, “Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması, tullantıların qalaqlanması və yandırılması, “Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib. Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub.

İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilkdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi