Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb

Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.
Ekologiya
6 Dekabr , 2020 18:13
Xəzərin sahilində 20-yə yaxın suiti ölüsü aşkarlanıb

Xəzər dənizinin Rusiya sahillərinə düşən hissəsində ölü suitilər aşkar edilib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, Mahaçqala sahillərində 17 ölü suiti tapılıb. Videolar sosial şəbəkələrdə yayılıb.

Dağıstanın Təbii Sərvətlər və Ekologiya nazirinin müavini Azamat Hüseynbekov bildirib ki, suitilərin ölüm səbəbi aydınlaşdırılacaq və məlumatlar aidiyyəti şöbələrə veriləcək.

Rusiyanın əməkdar xilasedicisi Ziyavdin Nikomaqomedov isə bildirib ki, Mahaçqalanın sahilləri çox çirklidir və dənizə axıdılan sular təmizlənmir.

Son xəbərlər

Orphus sistemi