Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib İməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 12 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib
Ekologiya
3 Oktyabr , 2015 16:12
Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları, yerli icra strukturları, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Buzovna qəsəbəsi ərazisində Xəzər dənizinin sahil zolağında iməcilik keçirilib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

100 nəfərdən artıq adamın iştirak etdiyi iməcilikdə Xəzər dənizinin sahil zolağının 10 hektar ərazisi 12 kubmetrdən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Xəzər həftəsi” çərçivəsində sahil zolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.

Xatırladaq ki, "Xəzər həftəsi" çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən bütün tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eyni zamanda ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Son xəbərlər

Orphus sistemi