Yuxarı

Xəzər dənizinin Novxanı sahilində iməcilik keçirilib

Xəzər dənizinin Novxanı sahilində iməcilik keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ “Beynəlxalq dəniz günü” və “Xəzər həftəsi” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının və könüllülərin iştirakı ilə Xəzər dənizinin Novxanı sahilinin bir hissəsində iməcilik keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aksiyada 3 hektardan artıq sahil zolağı plastik və məişət tullantılarından təmizlənib. ETSN tərəfindən belə maarifləndirici aksiyalar digər Xəzər sahili zonalarda da təşkil edilib.

Xatırladaq ki, “Beynəlxalq Dəniz günü” dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə 1978-ci ildə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərarla təsdiqlənib. Həmin ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi