Xaçmazda ətraf mühiti çirkləndirən sahibkarlar barəsində protokol tərtib olunub

Xaçmazda ətraf mühiti çirkləndirən sahibkarlar barəsində protokol tərtib olunub Bakı. 13 iyul. REPORT.AZ/ Xaçmazda ətraf mühiti çirkləndirən istirahət mərkəzlərinin rəhbərləri barəsində protokol tərtib olunub.
Ekologiya
13 İyul , 2018 12:04
Xaçmazda ətraf mühiti çirkləndirən sahibkarlar barəsində protokol tərtib olunub

Bakı. 13 iyul. REPORT.AZ/ Xaçmazda ətraf mühiti çirkləndirən istirahət mərkəzlərinin rəhbərləri barəsində protokol tərtib olunub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə gördüyü tədbirlərin nəticəsi olaraq Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə “Əlincə” istirahət mərkəzinin icarədarı V.Heydərov və “Sanset” istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə “Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib.

Son xəbərlər

Orphus sistemi