WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaq

WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaq Heydər Əliyev Mərkəzində yüksək səviyyəli birgə tədbir keçiriləcək
Ekologiya
2 May , 2015 13:40
WWF, KfW, IDEA və Azərbaycan Hökuməti təbiətə kapital investisiyalarının əsaslandırılması istiqamətində birgə çalışacaq

Bakı. 2 may. REPORT.AZ/ Dünya Vəhşi Təbiəti Mühafizə Fondu (WWF), KfW İnkişaf Bankı, IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlıq proqramı çərçivəsində Heydər Əliyev Mərkəzində yüksək səviyyəli birgə tədbir keçiriləcək.

“Report”un xəbərinə görə, Fondun Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, “Cənubi Qafqazda təbiətin mühafizəsinin davamlı maliyyələşdirilməsi və bunun iqtisadi faydaları” adlı tədbir təbiət kapitalına qoyulan investisiyaların iqtisadi və sosial faydalarını əsaslandırmağa çalışan ekspertlər qrupunu bir araya toplayacaq. Ekspertlər təbiətin mühafizəsi üçün innovativ maliyyələşdirmədə qabaqcıl təcrübələri bölüşəcəklər, həmçinin dayanıqlı infrastruktura (su elektrik stansiyaları və xətti qurğular), dayanıqlı turizm vasitəsilə yeni iş yerlərinin yaradılması və təbiətin mühafizəsinə özəl sektor investisiyalarının cəlb olunmasına dair müzakirələr aparacaqlar. Eyni zamanda, toplantıda iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması, planlaşdırma çərçivəsində ekosistem xidmətlərinin yenidən qiymətləndirilməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Tədbirdə IDEA-nın aparıcı mütəxəssisi Fərid Cəfərov, WWF Qafqaz ofisinin direktoru Giorgi Sanadiradze, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və bərpası sektorunun baş məsləhətçisi Arzu Səmədova, KfW Qafqaz ofisinin təmsilçisi Lars Oermann və Asiya İnkişaf Bankının mütəxəssisi Mario Sander iştirak edəcəklər.

Dialoq Asiya İnkişaf Bankının Regional və Dayanıqlı İnkişaf Departamentinin direktor müavini Nessim Ahmadin moderatorluğu ilə baş tutacaq.

Tədbir Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı çərçivəsində “Tərəfdaşlarla öyrənmə 1” sessiyasının bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi