UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları Şirvan Milli Parkında olublar - VİDEO

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları Şirvan Milli Parkında olublar - VİDEO UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyulun 1-dən 10-dək Bakıda keçirilən 43-cü sessiyasının iştirakçıları Şirvan Milli Parkında olublar.
Ekologiya
12 İyul , 2019 16:27
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iştirakçıları Şirvan Milli Parkında olublar - VİDEO

UNESKO-nun Ümumdünya İrs Komitəsinin iyulun 1-dən 10-dək Bakıda keçirilən 43-cü sessiyasının iştirakçıları Şirvan Milli Parkında olublar.

"Report" xəbər verir ki, qonaqlar Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işlərə heyran olublar.

"Azərbaycan həm memarlıq, həm də təbii sərvətlərinin qorunmasında maraqlıdır. Bizə bu məqsədlə görülən bütün işlər haqqında ətraflı məlumat verildi. Əminəm ki, yenidən Azərbaycana qayıdacağam", - deyə qeyri-hökumət təşkilatının nümayəndəsi, Tayland nümayəndə heyətinin üzvü Rosalia Cinovis bildirib.

Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibi Denis Rikard qeyd edib ki, görülən bu işlər hamı üçün böyük önəm daşıyır.

"YUNESKO həm mədəni, həm də təbii irslə məşğul olan təşkilatdır. Burada gördüklərimizin, bu milli parkın qorunması üçün etdiklərinizin hamısı gələcək nəsillər üçündür. Mən Kanadadan gəlmişəm. Bizdə qoruma altında olan bir çox belə park var. Bu işdə olduqca böyük təcrübəmiz var. Burada görülən işlərə görə sizi yalnız təbrik edə bilərəm", - D.Rikard deyib.

Öz növbəsində, Ümumdünya İrs Şəhərləri Təşkilatının baş katibinin müavini Fuli Minaidi Şirvan Milli Parkının gözəlliyini və Azərbaycan üçün önəmini qeyd edib: "Bu günə qədər Bakıdan kənarda yalnız Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşuq. Ora heyranedicidir. Şəhərdən kənara çıxdıqdan sonra çox yaxşı baxılan parkı gördükdə çox təəssirləndim".

Avstraliyadan olan meşə mütəxəssisi Virciniya Yanqın sözlərinə görə, bu gün bütün dünyada, o cümlədən Azərbaycanda ətraf mühitin qorunması üçün daha çox iş görülür.

"Azərbaycanda belə parkların yaradılması artıq müsbət nəticələrini göstərir. Buranın köçəri quşlar üçün vacib dyanacaq olduğunu görürük və bu, çox vacibdir. Bu ərazidə yaşayan ceyranların və canavarların sayı artıb. Azərbaycanın belə addımlar atması çox yaxşıdır", - o deyib.

İrlandiyadan olan tədqiqatçı Kleri Keyv milli parka səfər zamanı onda xoş təəssüratlar yarandığını söyləyib: "Burada ceyranların sayının artması çox müsbət məqamdır. Üstəlik, burada canavarlar da var və bu, çox gözəldir. Gölün yaxınlığında mənzərəli landşaft, ceyranlar və canavarlar gördük".

Son xəbərlər

Orphus sistemi