Umayra Tağıyeva: "Yaşıl enerji"dən istifadə və "yaşıl zona"ların yaradılması Azərbaycan üçün prioritet məsələdir"

Umayra Tağıyeva: "Yaşıl enerji"dən istifadə və "yaşıl zona"ların yaradılması Azərbaycan üçün prioritet məsələdir" “Yaşıl enerjidən istifadə və yaşıl zonaların yaradılması Azərbaycan üçün prioritet məsələdir”.
Ekologiya
16 mart 2023 10:50
Umayra Tağıyeva: Yaşıl enerjidən istifadə və yaşıl zonaların yaradılması Azərbaycan üçün prioritet məsələdir
Umayra Tağıyeva

"Yaşıl enerji"dən istifadə və "yaşıl zona"ların yaradılması Azərbaycan üçün prioritet məsələdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

U.Tağıyeva qeyd edib ki, BMT və Azərbaycan Çərçivə Sazişi kontekstində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması, ətraf mühitin, biomüxtəlifliyin və su ehtiyatlarının qorunması istiqamətində intensiv iş aparır.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və su ehtiyatlarının çatışmazlığı kimi fəsadlarından əziyyət çəkir. Bu cür dəyişikliklər aqrar sektora mənfi təsir göstərir.

U.Tağıyeva qeyd edib ki, bunun qarşısını almaq üçün suyun emalı və təkrar istifadəsi üsullarını tapmaq, alternativ mənbələr axtarmaq lazımdır: "Ermənistan bizim su ehtiyatlarımızı kimyəvi maddələrlə çirkləndirib. Buna misal olaraq, hətta suyunun rəngi belə dəyişən Oxçuçayı göstərmək olar. Biz beynəlxalq təşkilatlardan məsələyə reaksiya verməyi və bu cür hərəkətlərə son qoymaq üçün Ermənistana çağırış etməyi xahiş edirik".

Son xəbərlər

Orphus sistemi