Umayra Tağıyeva: "Ölkə ərazisində külək səngiyib"

Umayra Tağıyeva: "Ölkə ərazisində külək səngiyib" Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən günlərlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında temperatur 4-5 dərəcə yüksələcək, növbəti günlərdə isə temperatur yanvar ayının iqlim normasına yaxınlaşacaq.
Ekologiya
18 Yanvar , 2019 14:10
Umayra Tağıyeva: Ölkə ərazisində  külək səngiyib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva / Report / Elchin Murad

Bakı. 18 yanvar. REPORT.AZ/ "Ötən günlərlə müqayisədə bu gün Bakıda və Abşeron yarımadasında temperatur 4-5 dərəcə yüksələcək, növbəti günlərdə isə temperatur yanvar ayının iqlim normasına yaxınlaşacaq".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə ərazisində kəskin küləkli hava prosesi səngiyib: "Hazırda küləyin sürəti 16-20 m/s-dan artıq deyil. Açıq dənizdə dalğanın hündürlüyü 3.6 -5 metr arasında tərəddüd edir. Güclü külək bu gün axşama kimi tam kəsəcək". 

Son xəbərlər

Orphus sistemi