Umayra Tağıyeva: "İndiki anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir"

Umayra Tağıyeva: "İndiki anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal istilərin meteohəssas insanlara təsirindən danışıb.
Ekologiya
25 Dekabr , 2019 16:45
Umayra Tağıyeva: İndiki anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal istilərin meteohəssas insanlara təsirindən danışıb.

"Report" xəbər verir ki, U.Tağıyeva keçirdiyi brifinqdə son günlər havanın bu fəsil üçün xarakterik olmayaraq isti keçməsinin meteohəssas insanlara mənfi təsir göstərmədiyini deyib.

Onun sözlərinə görə, insanların istənilən hava şəraitinə uyğunlaşması baş verir:

"Məsələn, bizim vətəndaşlar şimal ölkəsinə səyahət edəndə iqlim fərqi yarandığından mənfi təsir edir. Azərbaycanda, xüsusilə də Abşeron zonasında yaşayanlar qışın mülayim-isti keçməsinə öyrəşib. Şaxtalı günlər bizdə azdır. Bakı üzrə 0 dərəcədən aşağı olan günlərin sayı il ərzində az olur".

U.Tağıyeva əlavə edib ki, ETSN Elmlər Akademiyası və Səhiyyə Nazirliyinin mütəxəssisləri ilə birgə tədqiqat aparıb:

"Müəyyən olundu ki, Azərbaycanda daha çox kəskin istilərdən əziyyət çəkən qrup üstünlük təşkil edir. Meteohəssas insanlar ürək-damar, tənəffüs orqanları xəstəliklərindən əziyyət çəkənlər nəzərdə tutulur. Stabil isti hava şəraiti bir neçə gün davam edir, sonra kəskin dəyişiklik olanda meteohəssas insanlara mənfi təsir edir. Xüsusən də bu atmosfer təzyiqinin dəyişməsi ilə bağlıdır. Tutaq ki, atmosfer təzyiqi normadan aşağıdırsa, birdən-birə yarım sutka ərzində 8-10 millibar yüksəlir. İnsan orqanizmi bu yüksəlişə ləng adaptasiya olunur".

Son xəbərlər

Orphus sistemi