Türyançay hövzəsi - qoruq, yoxsa tullantı poliqonu

Türyançay hövzəsi - qoruq, yoxsa tullantı poliqonu "Aidiyyəti qurumlarla birgə ərazinin yaxın bir vaxtda təmizlənməsi prosesi həyata keçiriləcək"
Ekologiya
9 Aprel , 2021 18:20
Türyançay hövzəsi - qoruq, yoxsa tullantı poliqonu
0 : 00
0 : 00

Türyançayın Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində məişət tullantıları çay hövzəsinə atılır.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bura təkcə gündəlik istifadə edildikdən sonra toplanan tullantılar deyil, hətta xəstəlik nəticəsində tələf olan heyvan və quşlarda atılır.

Ləki kənd icra nümayəndəsinin müavini Müşfiq Hüseynovun verdiyi məlumata görə, sözü gedən ərazi Türyançay hövzəsinin qoruq zolağıdır: "Aidiyyəti qurumlarla birgə ərazinin yaxın bir vaxtda təmizlənməsi prosesi həyata keçiriləcək".

Tullantıların bu ərazilərə atılmasının səbəbi kimi, yerin ayrılmaması göstərilib. Çay hövzəsinin illərdir ki, tullantı poliqonu kimi istifadə edilməsi səbəbindən ətrafı üfunət iyi bürüyür.

Son xəbərlər

Orphus sistemi