DİN-in Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı çirkli suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.