Turistlər Şıxovdakı istirahət mərkəzində qorxunc mənzərə ilə qarşılaşıblar - VİDEO

Turistlər Şıxovdakı istirahət mərkəzində qorxunc mənzərə ilə qarşılaşıblar - VİDEO “Bizə bəhanə olaraq bildirildi ki, guya dənizin həmin hissəsi çimmək üçün qadağan olunan ərazidir”
Ekologiya
10 Sentyabr , 2015 10:41
Turistlər Şıxovdakı istirahət mərkəzində qorxunc mənzərə ilə qarşılaşıblar - VİDEO

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakının Şıxov qəsəbəsində yerləşən "Aysberq" istirahət mərkəzinə gələn əcnəbi turistlər qorxunc mənzərə ilə qarşılaşıblar. Turistlərdən birinin - Dobrava Antosun "Report"a verdiyi məlumata görə, dəniz kənarında onların ayağına qurdlar daraşıb.

İstirahət mərkəzinin həyətində gəzən zaman isə onlar ilanlara rast gəliblər. Sürünənlər həm istirahət mərkəzinin həyətində, həm də dənizdə olub.

Məsələ ilə bağlı turistlər istirahət mərkəzinin işçilərinə müraciət etdikdə, cavab olaraq deyilib ki, bu, onlar üçün adi haldır: "Bizə bəhanə olaraq bildirildi ki, guya dənizin həmin hissəsi çimmək üçün qadağan olunan ərazidir. Lakin həmin vaxt dənizdə insanlar çimirdi".

"Report" Dobrava Antosun təqdim etdiyi video və fotoları təqdim edir:

Son xəbərlər

Orphus sistemi