​“Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

​“Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb Fotolar şənbə və bazar günü “Park Bulvar”da sərgilənəcək
Ekologiya
30 Aprel , 2016 11:18
​“Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı. 30 aprel. REPORT.AZ/ IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə keçirilən “Tullantım azalsın” adlı fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qalib Günel Məmmədova “Go Pro” kamerası, 2-ci yerin sahibi Cavad Salmanlı planşet və 3-cü olan Taleh Valehov fotoprinter qazanıb. Yarışda öz fotoları ilə iştirak etmiş digər şəxslərə isə xatirə hədiyyələri təqdim olunub. 

Müsabiqənin məqsədi ətraf mühitin qorunması və tullantıların azaldılması məsələlərinin təbliği, əhalinin, xüsusilə də gənclərin tullantıların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinə dəstək vermək olub. İki ay müddətində 100-ə yaxın peşəkar və həvəskar fotoqraf problemə diqqət çəkən fotoları tullantim.az saytına yükləyərək yarışa qoşulub. Həmin fotolar bu müddət ərzində təşkilatçıların saytında və sosial şəbəkələrdə paylaşılaraq tullantıların ətraf mühitə təsiri mövzusuna diqqət çəkilib.

Yarışa təqdim olunan, tullantılarla düzgün rəftarı təbliğ edən onlarla foto şənbə və bazar günləri mükafatlandırma tədbirinin keçirildiyi “Park Bulvar”da sərgilənəcək. 

Son xəbərlər

Orphus sistemi