Tullantıların düzgün idarə olunmasına riayət etməyən sahibkarlar məsuliyyətə cəlb olunacaq

Tullantıların düzgün idarə olunmasına riayət etməyən sahibkarlar məsuliyyətə cəlb olunacaq “Azərbaycanda istehsalçıların genişləndirilmiş məsuliyyətinin (İGM) tətbiqindən sonra tullantıların əmələ gəlməsi, daşınması və utilizasiyası mərhələsinə qədər sahibkarların məsuliyyəti yaranmış olacaq. Məsuliyyətin müəyyən hədləri var. Bunlar hələ layihə
Ekologiya
239
29 İyun , 2021 16:29
Tullantıların düzgün idarə olunmasına riayət etməyən sahibkarlar məsuliyyətə cəlb olunacaq

“Azərbaycanda istehsalçıların genişləndirilmiş məsuliyyətinin (İGM) tətbiqindən sonra tullantıların əmələ gəlməsi, daşınması və utilizasiyası mərhələsinə qədər sahibkarların məsuliyyəti yaranmış olacaq. Məsuliyyətin müəyyən hədləri var. Bunlar hələ layihə çərçivəsində müzakirə mövzusudur və qanunvericilikdə müəyyən dəyişikliklər ola bilər”.

“Report” xəbər verir ki, bu fikirləri “Təmiz Şəhər” ASC-nin Hüquq şöbəsinin müdir müavini Mirzə Laçınov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, tullantıların hər birinin xarakterik xüsusiyyəti nəzərə alınaraq ilkin mərhələdə sahibkarların məsuliyyəti tullantıların həcmləri ilə münasibətdə az olacaq: “Qanunvericiliyə dəyişikliklər tətbiq olunduqdan sonra növbəti mərhələdə müəyyən təhlillər aparılmaqla tullantı həcmlərinin azaldılması ilə bağlı məsuliyyəti zamanla artırmaq mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi