Tülküyə işgəncə verib sosial şəbəkələrdə görüntülərini yayan şəxs cərimələnib

Tülküyə işgəncə verib sosial şəbəkələrdə görüntülərini yayan şəxs cərimələnib Bakı. 22 iyun. REPORT.AZ/ Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.
Ekologiya
22 İyun , 2018 18:14
Tülküyə işgəncə verib sosial şəbəkələrdə görüntülərini yayan şəxs cərimələnib
Report / Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova

Bakı. 22 iyun. REPORT.AZ/ Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. 

Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşları tərəfindən tülküyə işgəncə verən şəxslə bağlı araşdırmalara başlanılıb. Araşdırma zamanı tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. A.Həsənov hadisəni etiraf edərək səhvini boynuna alıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanun pozucusu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimə olunub və cərimənin ödətdirilməsi təmin edilib.

Təbiətin mühafizəsində şüurlu mövqe nümayiş etdirdiyinə, heyvanlara qayğı ilə yanaşdığına görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Fərid Mansurova təşəkkür olunub.

Son xəbərlər

Orphus sistemi