Bakıda gölün qurudulması ilə aparılan tikinti işləri dayandırılıb

Bakıda gölün qurudulması ilə aparılan tikinti işləri dayandırılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayətiaraşdırıb.
Ekologiya
20 İyul , 2020 14:35
Bakıda gölün qurudulması ilə aparılan tikinti işləri dayandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Bakıda yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb. 

Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.

O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi