Yuxarı

Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur

​Tibbi tullantıların utilizasiyasına ciddi nəzarət olunur

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

Təhlükəli Tullantılar Poliqonunun direktoru Firuddin Əliyev "Report"a bildirib ki, təhlükəli tibbi tullantıların normalara uyğun utilizasiyası məqsədilə tibb müəssisələrinə xüsusi torbalar və konteynerlər paylanılıb:

"Tibbi tullantılar təhlükəlilik kateqoriyasına görə çeşidlənir və xüsusi ayrılmış avtomobillərlə daşınaraq xüsusiləşdirilmiş müəssisələrin insinerator qurğusunda yandırılma üsulu ilə zərərsizləşdirilir. Daşınmadan sonra avtomobillər dezinfeksiya olunur. Yandırılma zamanı əmələ gələn kül Təhlükəli Tullantılar Poliqonunun ərazisində xüsusi ayrılmış yerlərdə basdırılır.

Nəzarət və utilizasiya prosesinin təşkili tədbirləri tərəfimizdən davam etdirilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi