"Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait" kitabı buraxılıb

"Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait" kitabı buraxılıb Kitab Azərbaycan və ingilis dilində nəşr olunub
Ekologiya
21 Sentyabr , 2015 19:22
Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait kitabı buraxılıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ AMEA-nın Coğrafiya İnstitutunda "Tibbi-meteoroloji proqnozlar üçün metodik vəsait" kitabı çap olunub. Bu barədə "Report"a İnstitutun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, vəsaiti İqlim və aqroiqlimşünaslıq şöbəsinin əməkdaşları – respublikanın meteorologiya üzrə əməkdar mühəndisi, aparıcı elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva və elmi işçi Cəmilə Əhmədova hazırlayıblar.

Belə ki, Azərbaycan və ingilis dilində nəşr olunan bu kitabda qlobal iqlim dəyişmələri şəraitində atmosferin tərkibində və sirkulyasiyasında baş verən dəyişikliklərin, anomal və təhlükəli hidrometeoroloji hadisələrin, o cümlədən "isti hava dalğaları"nın davamiyyəti və təkrarlanmasının artması ilə insanların əlverişsiz meteoroloji şəraitə qarşı həssaslığının yüksəlməsi diqqətə çatdırılır. Yeni nəşr bu baxımdan əhalini və müvafiq təşkilatları tibbi-meteoroloji proqnoz və xəbərdarlıqlarla təmin etməklə əlverişsiz hava şəraiti ilə bağlı qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə və yarana biləcək risklərin yumşaldılmasına yardımçı ola bilər.

Qeyd edək ki, metodik vəsait meteoroloji xidməti həyata keçirən qurumlarda tibbi-meteoroloji proqnoz və xəbərdarlıqların tərtib edilməsində istifadə üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi