Temza çayı tullantılardan yaranan adaya görə istiqamətini dəyişib

Temza çayı tullantılardan yaranan adaya görə istiqamətini dəyişib Londonun qərbindəki Hammersmit körpüsündə iki tennis kortu boyda tullantı yığını əmələ gəlib.
Ekologiya
3 İyul , 2022 20:45
Temza çayı tullantılardan yaranan adaya görə istiqamətini dəyişib

Londonun qərbindəki Hammersmit körpüsündə iki tennis kortu boyda tullantı yığını əmələ gəlib.

Bu barədə “Report” “The Times” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, tullantılar əsasən istifadə edilmiş yaş salfetlərdən ibarətdir və bəzi yerlərdə qalınlığı bir metrə çatır. Zibil “adası” artıq Temza çayının məcrasının dəyişməsinə səbəb olub.

Səlahiyyətlilər əvvəllər vətəndaşları nəm salfetlərdən istifadə etməkdən çəkinməyə çağırmışdılar. Salfetlər çirkli sular vasitəsilə Temza çayına tökülür və ekosistemi zibilləyir.

Son xəbərlər

Orphus sistemi