Ekoloqlar Azərbaycanda temperaturun 5-8 dərəcə aşağı enəcəyi ilə bağlı xəbərdarlıq ediblər

Ekoloqlar Azərbaycanda temperaturun 5-8 dərəcə aşağı enəcəyi ilə bağlı xəbərdarlıq ediblər Çaylarda sululuğun artacağı gözlənilir
Ekologiya
29 Mart , 2015 14:21
Ekoloqlar Azərbaycanda temperaturun 5-8 dərəcə aşağı enəcəyi ilə bağlı xəbərdarlıq ediblər

Bakı. 29 mart. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti son 2 gün ərzində Azərbaycan ərazisində müşahidə olunacaq qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Məlumata görə, mart ayının son günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Temperatur ötən günlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi