"Təmiz Şəhər" Xocasən gölünün bərpası ilə bağlı Dünya Bankı ilə danışıqlar aparır

"Təmiz Şəhər" Xocasən gölünün bərpası ilə bağlı Dünya Bankı ilə danışıqlar aparır Bakı. 13 mart. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yerləşən və ümumi sahəsi 100 hektardan çox olan Zığ gölünün bərpası istiqamətində işlər aparılır. Bununla bağlı layihələndirməni Belçika şirkəti həyata keçirir. 
Ekologiya
13 Mart , 2018 13:24
Təmiz Şəhər Xocasən gölünün bərpası ilə bağlı Dünya Bankı ilə danışıqlar aparır

Bakı. 13 mart. REPORT.AZ/ Bakının Suraxanı rayonunda yerləşən və ümumi sahəsi 100 hektardan çox olan Zığ gölünün bərpası istiqamətində işlər aparılır. Bununla bağlı layihələndirməni Belçika şirkəti həyata keçirir. 

"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib. 

Onun sözlərinə görə, ümumilikdə Abşeron yarımadasında 9 gölün təmizlənməsi nəzərdə tutulub: "Zığ gölünün təmizlənməsindən sonra isə Xocəsən gölünün təmizlənməsinə başlanılacaq. Bununla bağlı Dünya Bankı ilə danışıqlar aparılır". 

E.Abbasov həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurumun digər layihələrinə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə də danışıqlar gedir: "Məqsədəuyğun olsa, bu bank da layihələrə cəlb edilə bilər". 

Son xəbərlər

Orphus sistemi