Yuxarı

"Təmiz Şəhər" Bratislavadakı beynəlxalq konfransda Azərbaycanı təmsil edib - FOTO

"Təmiz Şəhər" Bratislavadakı beynəlxalq konfransda Azərbaycanı təmsil edib - FOTO
Tədbir iştirakçılarına Təmiz Şəhər ASC-nin layihələri barədə məlumat verilib

Bakı. 23 aprel. REPORT.AZ/ Slovakiyanın Bratislava şəhərində "Dayanıqlı Üzvi Çirkləndirici Tullantıların İdarə Olunması" mövzusunda konfrans keçirilib.

Bu barədə "Report"a "Təmiz Şəhər" ASC-dən məlumat verilib.

Məlumata görə, Serbiya, Türkiyə, Ukrayna, Monteneqro, Moldova, Bosniya və Hersoqovinya, Gürcüstan, Belarus, Albaniya kimi ölkələrin iştirak etdiyi tədbirdə Azərbaycanı "Təmiz Şəhər" ASC təmsil edib. 

"Təmiz Şəhər"in nümayəndələri konfrans iştirakçılarına Bakı şəhərində bərk məişət tullantılarının emalı və zərərsizləşdirilməsi, yaşıl iqtisadiyyat sahəsində sahibkarlar üçün yaradılmış şərait və imkanlar, həmçinin bu sahədə həyata keçirilən islahat və layihələr barədə geniş məlumat veriblər.

Azərbaycan nümayəndələri təqdimatla çıxış edərək "Təmiz Şəhər" ASC-nin layihələri olan tullantıların çeşidlənməsi və yandırılması zavodları, Balaxanı Sənaye Parkı, tullantıların zərəsizləşdirilməsi poliqonu barədə ətraflı danışıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi