"Təmiz Şəhər" "Böyükşor gölünün bərpası" layihəsinin II mərhələsinin icrasına hazırlaşır - YENİLƏNİB

"Təmiz Şəhər" "Böyükşor gölünün bərpası" layihəsinin II mərhələsinin icrasına hazırlaşır - YENİLƏNİB İlk xəbər saat 12:48-də verilib
Ekologiya
13 Mart , 2018 13:08
Təmiz Şəhər Böyükşor gölünün bərpası layihəsinin II mərhələsinin icrasına hazırlaşır - YENİLƏNİB

İlk xəbər saat 12:48-də verilib

Bakı. 13 mart. REPORT.AZ / "Təmiz Şəhər" ASC "Böyükşor gölünün bərpası" layihəsinin I mərhələsi çərçivəsində 300 hektar ərazini təmizləyib,15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salaraq Bakı sakinlərinin istifadəsinə verib.

"Report" xəbər verir ki, bunu "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda layihənin II mərhələsinin icrası ilə bağlı işlər aparılır: "Layihələndirmə işləri bu ilin ortalarında başa çatdırılacaq. Gölün qalan 800 hektar ərazisinin 400 hektarı qurudulacaq, 400 hektarı isə təmizlənərək saxlanılacaq. Ümumilikdə Böyükşor gölü 700 hektar ərazini əhatə edəcək". 

E.Abbasov onu da əlavə edib ki, rəhbərlik etdiyi səhmdar cəmiyyətə məxsus Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231 mln. kVt/saat həcmində elektrik enerjisi istehsal etmək gücünə malikdir.

"Hər il enerji satışından 9 mln. manata yaxın gəlir əldə edilir", - deyə o, əlavə edib. 

Son xəbərlər

Orphus sistemi