Bakı. 27 may. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü, IDEA kampaniyasının dəstəyi ilə "Təmiz Şəhər" ASC-nin hər il keçirdiyi yay məktəbi iyulun 18-dən 21-dək baş tutacaq. "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, bu dəfəki məktəb "ADA" Universiteti ilə birgə təşkil olunacaq və "0 Tullantı" adlı mövzu altında keçiriləcək.
Maarifləndirici düşərgə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, ekoloji layihələrin idarə olunması sahələrində gənclərin bilik və bacarıqlara yiyələnməsi məqsədi ilə keçirilir.
Yay məktəbi çərçivəsində gənclər tərəfindən ətraf mühitin qorunmasına töhfə verə biləcək layihələrin reallaşdırılması və dəstəklənməsi nəzərdə tutulur. Bununla yanaşı, yay məktəbinin rəngarəng tədbirlər proqramı gənclərin asudə vaxtının birlikdə təşkili, birgə çalışması, müxtəlif tədbirlərin köməyi ilə gənclərin ümumi intellektual səviyyəsinin artırılmasına imkan yaradacaq. Belə ki, yay məktəbində iştirak üçün seçim turundan keçəcək 40 gənc 4 gün ərzində tullantıların idarə olunması mövzusunda təlimlərdə, müxtəlif intellektual oyunlarda iştirak edəcək, bir neçə məlumat turuna qatılacaqlar.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC artıq 5 ildir ki, məktəbli və gənclər üçün tullantıların idarəedilməsi və ətraf mühitin qorunması sahəsində müxtəlif mövzulu yay məktəbləri təşkil edir. Şəki, Quba, Lənkəran və Mingəçevir şəhərlərində keçirilmiş yay məktəblərində ümumilikdə 300-dən çox tələbə və gənc iştirak etmiş, bununla da ətraf mühitə öz müsbət töhfələrini veriblər.
"Bu il yay məktəbinin məhz "ADA" Universitetində keçirilməsi təsadüfi deyil. Universitet ölkəmizin ən qabaqcıl və innovativ təhsil məkanlarından biridir. "ADA" Universiteti Azərbaycanda, eləcə də
Yay məktəbində iştirak etmək istəyənlər üçün mayın 25-dən etibarən sənəd qəbulu elan edilib. Gənclər