Yuxarı

“Təmiz Şəhər” ASC maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edib

Keçən il ASC tərəfindən zavodlara 26 məlumat turu təşkil olunub

Bakı. 12 yanvar. REPORT.AZ/ 2014-cü ildə “Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib. Bu barədə “Report”a ASC-nin mətbuat xidmətindən bildirilib.

Turlar zamanı ümumilikdə 800-ə yaxın qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olub.

Məlumatlandırıcı səfərlərdə universitetlərin müəllim və tələbə kollektivləri, qeyri-hökumət təşkilatları nümayəndələri, media işçiləri və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak edib. “Təmiz Şəhər” ASC-nin mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumatlar verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.

“Təmiz Şəhər” ASC bu il də ekologiya və tullantıların idarəedilməsi sahəsində maraqlı şəxsləri və qurumları öz müəssisələrinə dəvət edir. ASC ictimaiyyəti maarifləndirmək məqsədi ilə məlumatlandırıcı turlar təşkil edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi