Yuxarı

“Təmiz Şəhər” ASC Azərbaycanı Almaniyadakı beynəlxalq sərgi və konfransda təmsil edib

Son texnologiyaların Azərbaycanda tətbiqi imkanları araşdırılıb

Bakı. 6 iyun. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində ekoloji texnologiyalar üzrə “IFAT 2016” sərgisi keçirilib.

“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, builki sərgi bərk məişət tullantılarının idarə edilməsinə həsr olunub.

Tədbirdə hər il 50-dən çox ölkədən yüzlərlə şirkət özünün ətraf mühitin qorunmasına dəstək olan texnologiyalarını nümayiş etdirib, müxtəlif ölkələr bir-biri ilə təcrübə mübadiləsi aparıb, yeni texnologiyaları öyrənib.

Azərbaycandan “Təmiz Şəhər” ASC-nin nümayəndələri də bu sərgidə iştirak edərək tullantıların idarə olunması sahəsində ən son texnologiyalarla yaxından tanış olub, ölkəmizdə tətbiqi imkanlarını araşdırıb.

Konfransda iştirak edən ASC nümayəndələri Azərbaycanda tullantıların idarə edilməsi sahəsində aparılan işlər və tətbiq olunan modern texnologiyalar barədə məlumat verib.

Eyni zamanda qurumun əməkdaşları tullantıların idarə olunması sahəsindəki ən böyük sərgi-konfransda iştirak edən digər şirkətlərlə tanış olaraq əməkdaşlıq əlaqələri qurub, müxtəlif ölkələrin bu sahədə qazandığı təcrübə öyrənilib.

Xatırladaq ki, “Təmiz Şəhər” ASC Azərbaycanda tullantıların idarə olunmasında daim müasir texnologiyalardan istifadə edərək tullantıların zərərsizləşdirilməsini həyata keçirir. 

Qeyd edək ki, “IFAT 2016” sərgisində 170 ölkədən 150 min nəfərə yaxın ziyarətçi iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi