Yuxarı

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib

Təhsil Nazirliyi Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində ağacəkmə aksiyası keçirib.

Nazirlikdən "Report"a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək, ekoloji tərbiyəni gücləndirmək və təbiətə töhfə verməkdir.

Aksiya çərçivəsində Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi tərəfindən qeyd olunan ərazidə minədək badam ağacı əkilib.

Ağacəkmə aksiyasına “Bir” tələbə-könüllülər də qatılıb.

Qeyd edək ki, əkilən badam tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik müəssisələrində yetişdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi