“Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verilib

“Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verilib Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib.
Ekologiya
1 Avqust , 2019 15:46
“Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib.

"Report" xəbər verir ki, bunu Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib. 

O qeyd edib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə “Təbiətin dostu” adlı emblemlər təqdim olunub: "Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir".

Qeyd edək ki, “Təbiətin dostu” olmaq istəyən hər bir kəs S.Məmmədova ilə (012 538 15 21) əlaqə saxlaya bilər.

Son xəbərlər

Orphus sistemi