Sumqayıtda tullantıların qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi aşkarlanıb

Sumqayıtda tullantıların qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi aşkarlanıb Bakı. 7 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
7 May , 2018 15:48
Sumqayıtda tullantıların qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi aşkarlanıb

Bakı. 7 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin Mətbua xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhər məişət tullantıları poliqonunda məişət tullantılarının qanunvericiliyə uyğun qaydada zərərsizləşdirilmədiyi, yandırıldığı və nəticədə ətraf ərazilərə tüstü, kəskin qoxunun yayıldığı məlum olub.

Faktla bağlı poliqonun icarədarı Qəhrəman Qəhrəmanov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində 600 manat məbləğində cərimə edilib. Qanun pozuntusunun aradan qaldırılması üçün Q.Qəhrəmanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Son xəbərlər

Orphus sistemi