Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya
1056
30 İyul , 2021 13:47
Sumqayıtda tullantılar poliqonuna cavabdeh şəxs cəzalandırılıb

Sumqayıt məişət tullantıları poliqonunda baş vermiş yanğının səbəbləri Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmətin Regional İdarəsinin rəsmisi Fərid Piriyev “Report”a bildirib ki, araşdırma zamanı yanğının məişət tullantılarının düzgün idarə edilməməsi və qabaqlayıcı tədbirlərin görülməməsi nəticəsində baş verdiyi aşkar edilib.

O qeyd edib ki, faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-nin direktoru Atəş Rüstəmov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4 800 manat məbləğində cərimə olunub: “Gələcəkdə belə halların təkrarlanmaması üçün MMC-yə məcburi göstəriş verilib”.

Son xəbərlər

Orphus sistemi