Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib Sumqayıt şəhəri, Spartak adına mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Ekologiya
16 İyun , 2021 13:42
Sumqayıtda ağacların gövdəsi süni örtükdən təmizlənib

Sumqayıt şəhəri, Spartak adına mini futbol meydançasının qarşısında ağacların gövdəsinin süni örtüklə örtülməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 şam ağacının gövdəsinin stadionun işçiləri tərəfindən bəzək məqsədilə süni örtüklə örtüldüyü müəyyən edilib.

Mütəxəssislər tərəfindən ağaclara keçirilən baxış zamanı ağacların bioloji inkişafda olduğu məlum olub. Xidmətin əməkdaşlarının nəzarəti altında stadion işçiləri tərəfindən ağacların gövdəsi süni örtükdən təmizlənib və onlara aqrotexniki qulluq göstərilib.

Son xəbərlər

Orphus sistemi