Son üç gündə ölkədə 56 mindən artıq ağac əkilib

Son üç gündə ölkədə 56 mindən artıq ağac əkilib Bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.
Ekologiya
609
11 Mart , 2022 17:42
Son üç gündə ölkədə 56 mindən artıq ağac əkilib

Bu gün Siyəzən və Samux rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 5 hektar ərazidə 10 000-dən çox meşəcinsli ağac tingi əkilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, son 3 gün ərzində Zaqatala, Şəki, Qəbələ, Oğuz, İsmayıllı, Ağdaş, Tovuz, Samux, Şəmkir, Siyəzən, Quba, Masallı və Lənkəran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 33 hektar meşə fondu ərazisində 56 000-dən artıq meşəcinsli ağac əkilib, 500 kiloqram toxum səpilib.

Son xəbərlər

Orphus sistemi