Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib.
Ekologiya
13 dekabr 2022 07:11
Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Son bir həftədə meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində yağışlı hava şəraitinin olmasına baxmayaraq ağacəkmə və meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri dünən Qəbələ, Sabirabad və Quba rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb:

“Gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 18 000 müxtəlif növ ağac əkilib, 660 kiloqramdan çox toxum səpilib”.

C.Qəribovun sözlərinə görə, son bir həftə ərzində meşə fondu torpaqlarında 100 mindən artıq ağac tingi əkilib, 5 tondan çox toxum səpilib.

Son xəbərlər

Orphus sistemi