Son 6 ayda təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 239 nəfər cərimələnib

Son 6 ayda təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 239 nəfər cərimələnib ETSN bu ilin yanvar-iyun aylarında 875 müəssisədə müvafiq müayinələr aparıb
Ekologiya
14 İyul , 2016 12:03
Son 6 ayda təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə 239 nəfər cərimələnib

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunan 239 nəfər vəzifəli şəxslərə və vətəndaşlara 294 min manat məbləğində cərimə tətbiq olunub.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, qanunvericiliyin pozulmasına görə qaldırılan 217 iddiaya əsasən 58 min manat həcmində cərimə təqdim edilib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri bu ilin yanvar-iyun aylarında 875 müəssisədə müvafiq müayinələr aparıb və nəticədə su hövzələrinin və torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə tədqiq olunan hər dörd müəssisədən, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunan hər üç mobil və stasionar mənbədən birində atılan tullantıların yol verilən normanı aşdığı müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi