Son 30 ildə yağıntıların miqdarının qərb bölgəsində azaldığı müşahidə olunub

Son 30 ildə yağıntıların miqdarının qərb bölgəsində azaldığı müşahidə olunub Son 30 il ərzində Azərbaycanda yağıntıların miqdarı azalıb. Yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub.
Ekologiya
25 Dekabr , 2019 15:53
Son 30 ildə yağıntıların miqdarının qərb bölgəsində azaldığı müşahidə olunub

"Son 30 il ərzində Azərbaycanda yağıntıların miqdarı azalıb. Yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub".

"Report" xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkənin sahilyanı ərazilərində isə yağıntıların miqdarında cüzi artım baş verib: "Ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib. Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib".

U.Tağıyeva bildirib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda, Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb: "Şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur. Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb".

O, Azərbaycanda əhalinin qışın mülayim keçməsinə öyrəşdiyini, Bakıda 0 dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayının az olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi